AFFA bir neçə klubu cəzalandırıb

AFFA bir neçə klubu cəzalandırıb
  07 Fevral 2017    Oxunub:1613
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, yığıncaqda Premyer Liqanın XVI turunun oyunlarında baş verənlərlə bağlı müvafiq qərarlar çıxarılıb.

Bir neçə kluba cərimə və cəza kəsilib. AZAL–“Qarabağ” matçının 45+3-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Sadio Tounkara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu üzdən malili bir oyun cəzalanıb, klubu isə 200 manat cərimə olunub.

“Zirə”–“Kəpəz” oyununda meydan sahiblərinin 5, qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimələnib. Görüşün 28-ci dəqiqəsində “Zirə”nin üzvü Meza Kolli, 90+3-cü dəqiqəsində “Kəpəz”in oyunçusu Renan Da Silva aqressiv davranışa görə, birbaşa qırmızı vərəqə alıblar. Hər iki futbolçu 2 oyun cəzalanıb, klublar 1600 manat cərimə olunub.

“Qəbələ” isə “Neftçi” ilə qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat ziyana düşüb.

AzVision.az


Teqlər:





Xəbər lenti