ADU-da maaşlar artırıldı

ADU-da maaşlar artırıldı
  22 Fevral 2017    Oxunub:1642
Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev təhsil müəssisəsində eyni vəzifə və eyni elmi adlara malik olan əməkdaşların əmək haqlarında olan süni diferensiallaşdırmanın aradan qaldırılması məqsədi ilə əmr imzalayıb.
ADU-nun İnformasiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Əmrə əsasən universitet əməkdaşlarının əmək haqlarına yenidən baxılıb.

1 yanvar 2017-ci il tarixindən ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən rəhbər vəzifəni tutan işçilər istisna olmaqla inzibati idarəetmə və xidmətedici heyətdə çalışan işçilərin əmək haqqı təxminən 10 faiz artırılıb.

Dəyişiklik nəticəsində ADU-da müəllimin əmək haqqında artım 50 manat, elmlər namizədi olan müəllimin əmək haqqında 200 manat, elmlər namizədi olan baş müəllimin əmək haqqında 150 manat, dosent-elmlər doktorunun əmək haqqında 200 manat, professor-elmlər doktorunun əmək haqqında isə 250 manat təşkil edir.

AzVision.az


Teqlər:





Xəbər lenti