ABŞ xəbərdarlıq etdi - Türkiyədə kritik durum

ABŞ xəbərdarlıq etdi - Türkiyədə kritik durum
  14 Fevral 2016    Oxunub:3154
ABŞ Türkiyəni Hələb yaxınlığında kürd və suriyalı silahlıların mövqelərinə zərbələr endirməyə son qoymağa çağırıb.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbinin bəyanatında bildirilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri PYD qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə artilleriya zərbələri endirib. YPG PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin hərbi birləşməsidir.

Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkənin Hərbi-Hava Qüvvələrinin YPG-nın Suriyadakı mövqelərinə zərbələr endirdiyini təsdiqləyib. Davudoğlu bunu məsələ ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Dünən və bu gün PKK-nın Suriya qanadı mülki obyektləri və mötədil müxalifətinin mövqelərini bombalamaqda davam edən Rusiya aviasiyasının dəstəyi ilə Azez şəhərinə hücum edib. Məsələ ilə bağlı mövqemiz tam aydındır. Əlavə edim ki, bu hücumlar zamanı sərhədləriniz pozulub. Silahlı Qüvvələriniz, hücuma məruz qalmış tərəf kimi, lazımi tədbirlər görürlər. Bizim Silahlı Qüvvələrimiz Azez rayonunda müəyyən hədəflərə cavab zərbəsi endiriblər.

Əhməd Davudoğlu məsələ ilə bağlı ABŞ-ın vitse-prezidenti Co Baydenlə telefon danışığı aparıb.

“Co Baydenin təşəbbüsü ilə baş tutmuş telefon danışığı zamanı mən ona vəziyyəti aydınlaşdırdım. Söhbət zamanı mən Baydenə onun İstanbula səfəri zamanı aparılmış məsləhətləşmələri və əldə olunmuş razılaşmaları xatırladım. YPG və PYD Türkiyənin təhlükəsizliyinə açıq-aydın təhdid edən PKK terror təşkilatının Suriya qollarıdır. Özümüzü müdafiə etmək və sərhədlərimizi qorumaq məqsədilə biz lazımi tədbirlər görəcəyik”, - deyə Davudoğlu qeyd edib.

“YPG dərhal Azez şəhərinin ətrafını tərk etməli və bu şəhərə yaxınlaşmamalıdır. Onlar humanitar dəhlizi bağlamaq ideyasından imtina etməlidirlər. “Minnak” aeroportu Türkiyəyə və Suriya müxalifətinə qarşı istifadə olunmamalıdır. Bu aeroport dərhal azad edilməlidir. Mən bunların hamısını cənab Baydenə bildirmişəm”, - deyə Əhməd Davudoğlu qeyd edib. (Apa)


Teqlər:  





Xəbər lenti