ABŞ və İngiltərə də Türkiyəni dinləyirmiş

ABŞ və İngiltərə də Türkiyəni dinləyirmiş
  31 Avqust 2014    Oxunub:2002
Almaniya mətbuatı Türkiyə ilə bağlı bağlı skandal yaradacaq iddia irəli sürüb.

AzVision.az xəbər verir ki, məşhur “Der Spigel” jurnalı
Almaniya ilə yanaşı ABŞ və İngiltərənin də Türkiyəni dinləməsi haqda məlumat yayıb.

Jurnalın iddiasına görə, Türkiyənin Vaşinqtondakı səfirliyi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən dinlənilirmiş.

Jurnal İngiltərənin də Türkiyəni dinlədiyini, ölkədə enerji potensialına dair məlumatların qeyri-qanuni yolla əldə etdiyini bildirir.

Qeyd edək ki, bundan öncə Almaniya xüsusi xidmət orqanlarının Türkiyəni dinləməsi haqda yayılan xəbər ölkələr arasında siyasi qalmaqala səbəb olmuşdu. Rəsmi Ankara Almaniyaya xəbərdarlıq göndərərək bu olaya aydınlıq gətirməyi tələb edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti