ABŞ səfirliyindən vətəndaşlara xəbərdarlıq

ABŞ səfirliyindən vətəndaşlara xəbərdarlıq
  28 Aprel 2015    Oxunub:1935
ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edərək onlardan işə düzəltmək barədəki fırıldaqçıların təkliflərinə inanmamağı xahiş edib.
Bu barədə səfirlik bəyanat yayıb.

“ABŞ səfirliyi işə düzəltmək üçün heç kimdən pul tələb etmir. Səfirlik həmçinin kənar agentliklər vasitəsilə personal toplamır”/

Bəyanatda həmçinin qeyd olunub ki, işə qəbul zamanı namizədlərdən müsahibəni istisnasız olaraq yalnız səfirliyin işçiləri götürür və bu proses səfirliyin binasında həyata keçirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti