ABŞ səfirliyindən Cəmil Həsənliyə mitinq tapşırığı

ABŞ səfirliyindən Cəmil Həsənliyə mitinq tapşırığı
  29 May 2015    Oxunub:3160
Mayın 27-də Milli Şuranın sədri Cəmil Həsənli ABŞ-ın Azərbaycandakı səfirliyində olub. Səfir Robert Sekuta ilə bir neçə dəqiqə ayaqüstü söhbət edən C.Həsənli sonradan səfirliyin məsul işçilərilə 2 saat müzakirə aparıb.

AzVision.az xəbər verir ki, bu bardə “vətəninfo.az” müxalifətdəki mənbələrə dayanaraq məlumat yayıb. Mənbə bildirib ki, mayın 30-da Milli Şuranın mitinqi ilə yanaşı, C.Həsənliyə l Avropa Oyunları dövründə bu qurumun fəaliyyəti, keçirəcəyi tədbirlərə dair ciddi tapşırıqlar verilib.

Milli Şuranın sədrinə qarşıdan gələn dövrdə rəhbərlik etdiyi qurumun fəaliyyətini xaricdə Azərbaycan hakimiyyətinə qarşı kampaniya təşkil etmiş mərkəzlərlə əlaqələndirmək də tapşırılıb.

C.Həsənli ABŞ səfirliyinin əməkdaşlarına deyib ki, hakimiyyət mitinqlərin daha effektli təşkilini müxtəlif süni maneələr törətməklə əngəlləyir. Milli Şuranın tədbirlərini lazımi səviyyədə təşkil etmək üçün ciddi maliyyə yardımına ehtiyac var.

Mənbə əlavə edib ki, uzun-uzadı müzakirələrdən sonra Milli Şuranın göstərilən istiqamətlər üzrə fəaliyyətinin təşkili ilə bağlı maliyyə vəsaitinin ayrılması da razılaşdırılıb.


Teqlər:





Xəbər lenti