ABŞ səfirliyi fəaliyyətini dayandırdı

ABŞ səfirliyi fəaliyyətini dayandırdı
  23 Oktyabr 2014    Oxunub:1455
ABŞ Kanadanın paytaxtı Ottava şəhərinin mərkəzində atışma səbəbindən səfirliyini müvəqqəti bağlayıb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə dövlət departamentinin nümayəndəsi Mari Xarf jurnalistlərə bildirib.

“Kanada parlamenti və Ottavadakı səfirliyimiz bağlanılıb”, - Xarf deyib. Hansısa konkret təhlükə barədə səfirliyə məlumat daxil olmayıb. Amerika səfirliyi Kanada parlamentinin təxminən 800 metr aralıda yerləşir.

ABŞ Ottavadakı vəziyyəti izləyir, dövlət katibi Con Kerri Berlindən qayıdarkən təyyarədə ona bu barədə məlumat verilib, Xarf bildirib.

Qeyd edək ki, naməlum şəxslər oktyabrın 22-də çərşənbə günü səhər Ottava şəhərinin mərkəzində üç nöqtədə atəş açıblar: Milli hərbi memorialın yanında, Parlamentdə və onun yaxınlığında, həmçinin Rideau Centre ticarət mərkəzinin yanında.


Teqlər:  





Xəbər lenti