ABŞ səfirinin Qarabağla bağlı müraciəti – VİDEO

ABŞ səfirinin Qarabağla bağlı müraciəti – VİDEO
  20 Avqust 2014    Oxunub:1741
Con Heffern: `Qarabağ münaqişəsinin hərb yolu ilə həlli yoxdur`.

Hədələr və sərt bəyanatların heç bir faydası yoxdur. ABŞ-ın Ermənistandakı səfiri Con Heffern erməni dilində səsləndirdiyi videomüraciətində belə deyib. Səfir Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində son zamanlar gərginliyin artması məsələsinə toxunub.

“Yaranmış gərginlik hər iki tərəf üçün ağır itkilərə səbəb oldu. Son insidentlər nəticəsində həyatını itirənlərin ailəsinə baş sağlığı verir, yaralananlara şəfa diləyirik. Həm buradakıları, həm də rəsmi Bakını gərginliyin yumşaldılması, atəşkəsə əməl olunması üçün addımlar atmağa çağırırıq” – səfir deyib. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin hərbi müdaxilə üsulu ilə həlli qeyri-mümkündür.

“Bu münaqişənin müharibə yolu ilə yoxdur. Biz hər iki tərəfi ciddi danışıqlara başlamağa çağırırıq, danışıb hesablaşsınlar. Zorakılıq münaqişənin sülh yolu ilə həllini çətinləşdirəcək. Ən yaxşı üsul ölənlərin xatirəsini yad edib toqquşmalara elə indi son qoymaqdır” –deyə Con Heffern bəyan edib.



Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti