ABŞ rəhbərliyi Ferqüssonda uçuşları dayandırdı

ABŞ rəhbərliyi Ferqüssonda uçuşları dayandırdı
  25 Noyabr 2014    Oxunub:1033
ABŞ Mülki Aviasiya Federal Xidməti vətəndaş və polis əməkdaşları arasında toqquşmaların Ferqüsson şəhəri üzərində uçuşların müvəqqəti olaraq dayandırılması barədə xəbər yayıb.
Bu barədə AzVision.az “BBC”-yə istinadən xəbər verir.

Qeyd edək ki, axşam saatlarından etibarən ABŞ-ın Missuri ştatı Ferqüsson şəhərində yerli əhali və polis əməkdaşları arasında toqquşmalar baş verib.

Məlumata əsasən şəhərdə toqquşmalar böyük jürinin qaradərili yeniyetməni öldürən polis əməkdaşını məhkəməyə cəlb etməmək qərarından sonra başlayıb.

Qeyd edək ki, bu ilin avqust ayının 9-da qaradərili Maykl Braun mağazanı qarət edərkən ağdərili polisin açdığı atəş nəticəsində həlak olub. Daha dəqiqi, Braun mağazadan bir qutu siqar götürüb və pulu verməyib, satıcıya kobudluq edərək gedib. Bu, mağazadakı kameranın çəkdiyi kadrlardan da görünür.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti