ABŞ Yer kürəsinə zərər vurur - Prezident

ABŞ Yer kürəsinə zərər vurur - Prezident
  23 Oktyabr 2014    Oxunub:2562
Venesuela prezidenti Nikolas Maduro ABŞ-ı planetə zərərə vurmaqda ittiham dib.
AzVision.az-ın Rusiya KİV-nə istinadın verdiyi məlumata görə, bu barədə prezident ölkə hökumətinin iclasında çıxışı zamanı bildirib.

Maduronun sözlərinə görə, rəsmi Vaşinqton neft hasilatını hidravlik partlayış metodu aparmaqla planetə ciddi zərər vurur: “Venesuela bu vəhşi metodu kəskin şəkildə qınayır”.

Venesuela lideri dünya bazarında neftin qiymətinin aşağı düşməsindən də danışıb. Onun sözlərinə görə, rəsmi Vaşinqton tərəfindən aparılan bu siyasətin əsas məqsədi İran və Rusiya iqtisadiyyatına zərərə vurmaqdır.

Yaxın vaxtlarda neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar OPEK təcili iclasının keçiriləcəyi planlaşdırılır.
Ötən həftənin yekunlarına görə, Venesuela neftinin qiyməti 82 dollar olub.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti