ABŞ Polşanın ümidlərini puç etdi

ABŞ Polşanın ümidlərini puç etdi
  19 Aprel 2014    Oxunub:1491
Rəsmi Varşava, ABŞ-ın Polşaya hərbçilərini göndərəcəyinə ümid edirdi.
Rəsmi Varşavanın gözləntilərinin əksinə olaraq, Pentaqon öz quru qoşunlarını Polşaya göndərmək niyyətində deyil. Azvision.az-ın verdiyi xəbərə görə, bu barədə qurumun rəsmi nümayəndələri məlumat yayıblar.

Qeyd edək ki, bir müddət əvvəl “Rusiya 24” telekanalı, Polşanın müdafiə naziri Tomaş Semonyaka istinadən ABŞ hərbçilərinin tezliklə Polşaya gələcəyi barədə məlumatı yaymışdı.

Xatırladaq ki, aprelin 18-də polşalı nazir ABŞ-ın Şərqi Avropada hərbi mövcudluğunun genişləndirilməsi imkanlarını müzakirə etmək məqsədilə amerikalı həmkarı Çak Heygellə görüşüb. Görüş bir sıra digər polşalı siyasətçilər arasında qalmaqala səbəb olub. Belə ki, bu görüş ərəfəsində Polşanın xarici işlər naziri Sikorski ölkədə ağır texnika da daxil olmaqla 10 min NATO hərbçisini görmək istədiyini açıqlayıb.

Məsələyə münasibət bildirən ABŞ Müdafiə Nazirliyi isə hazırda Avropada döyüş hazırlığının gücləndirilməsinə baxmayaraq, Polşaya hərbi kontingentin göndərilməsi ilə bağlı hələlik heç bir qərar yoxdur.

Bu arada, NATO-nun dörd mina atan gəmisi, eləcə də Norveç, Niderland, Belçika və Estoniya bayraqları altında üzən təchizat gəmiləri Baltik dənizinə daxil olmağa hazırlaşır. Bundan əlavə Baltikyanı ölkələrin səmasında NATO qırıcılarının sayı üç dəfə artırılacaq. Onların tərkibində daha əvvəl bu bölgədə xidmət aparmayan Kanada təyyarələri də olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti