ABŞ Kremlə güzəştə getməyəcək

ABŞ Kremlə güzəştə getməyəcək
  30 May 2015    Oxunub:1385
Riçard Stenqel: "Rusiyaya qarşı sanksiyaların yumşaldılması nəzərdə tutulmur"
"Hazırda Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını planlaşdırılmır və bu barədə müzakirə belə aparılmır".

Bunu ABŞ-ın dövlət katibinin diplomatiya və ictimaiyyətlə əlaqələr üzrə müavini Riçard Stenqel bildirib.

O deyib ki, indi sanksiyaların yumşalması haqqında müzakirələri aparılmır. Krem ilə müzakirələr yalnız Minsk razılaşmasının icrası ilə bağlı aparılır. Sanksiyalar barədə danışıqlar yalnız bundan sonra gedə bilər.

Onun sözlərinə görə, ABŞ Kremlə heç vaxt güzəştə getməyəcək: "Əgər Minsk razılaşmasının şərtləri yerinə yetirilməsə, məhdudlaşdırıcı ölçülərin götürülməsi kəskinləşməsi gündəmə gələcək və bu, daha ağir və çətinb vəziyyətin yaranmasına səbəb olacaq". (Ans)


Teqlər:





Xəbər lenti