ABŞ Çini oğurluqda ittiham edir

ABŞ Çini oğurluqda ittiham edir
  19 Aprel 2014    Oxunub:1279
ABŞ admiralı: Çin hakerləri bizim sirlərimizi oğurlayır
Pentaqonun və podratçı təşkilatların nəzarətində olan ABŞ kompüter şəbəkələrinin təhlükəsizlik sistemini çinli hakerlər asanlıqla pozurlar. Azvision.az-ın Amerika KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Hərbi qüvvələrinin Sakit okean komandanlığının rəhbəri, admiral Samuel Loklir bildirib.

Loklir qeyd edib ki, bu məsələ ilə bağlı rəsmi Vaşinqtonun etirazlarına baxmayaraq, çinli hakerlər ABŞ-ın hərbi sirlərini oğurlamağa davam edirlər. Admiralın sözlərinə görə, bütün bunların səbəbi Amerika hərbçilərinin istifadə etdiyi kompüter şəbəkələrinin zəif müdafiə edilməsidir.

Admiral belə oğurluqlarla bağlı konkret nümunələr göstərməsə də, “Foreign Policy” nəşri xəbər verir ki, hakerlər F/A-18 и F-35 qırıcı təyyarələri, “Black Hawk” helikoperti, həmçinin “Aegis” raket əleyhinə qurğuların layihə məlumatlarını oğurlayıblar.

Loklirin sözlərinə görə, çinli hakerlər kompüter şəbəkələrinin müdafiəsindəki “dəliklər”dən istifadə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti