ABŞ Azərbaycanı dəstəklədi

ABŞ Azərbaycanı dəstəklədi
  04 Avqust 2015    Oxunub:2313
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahovla görüşüb.
AzVision.az - ın ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına istinadən verdiyi xəbərə görə, görüşdə ABŞ-ın bölgə ticarətinə dəstəyi məsələsi müzakirə edilib.

Bildirilib ki, ABŞ Azərbaycanın bölgənin nəqliyyat mərkəzi olmaq səyini dəstəkləyir, inkişaf etmiş ticarətin bütün bölgəyə bəhrə verə biləcəyini hesab edir. Həmçinin qeyd olunub ki, bölgə ticarətinin inkişafı ABŞ-ın Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün verdiyi dəstəyin vacib hissəsidir.


Teqlər:





Xəbər lenti