ABŞ üçün tarixi gün - 200 milyonluq andiçmə, Tramp dövrü başlayır

ABŞ üçün tarixi gün  - 200 milyonluq andiçmə, Tramp dövrü başlayır
  20 Yanvar 2017    Oxunub:7322
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp həyat yoldaşı Melanya ilə birlikdə prezident təyyarəsi ilə Nyu-Yorkdan Vaşinqtona gedib.

AzVision.az “CNN”-ə istinadən xəbər verir ki, Trampın inauqurasiya mərasimi yerli vaxtla 09:30-da (Bakı vaxtı ilə 17:30-da) Vaşinqtonda Kapitoli binasının qarşısında başlayacaq. İlk iki saat musiqi səslənəcək.

Tramp Bakı vaxtı ilə saat 21:00-da and içərək ABŞ prezidenti səlahiyyətlərini icra etməyə başlayacaq.

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasiminə 200 milyon dollar xərclənəcəyi gözlənilir. Məlumata görə, andiçmə mərasimi ilə əlaqədar yanvarın 20-də Vaşinqtonda Konqres binası və Ağ ev istiqamətinə gedən yollar bağlanacaq, ictimai nəqliyyatın - metro və avtobusların hərəkəti dayandırılacaq.

İnauqurasiya mərasiminə saatlar qalmış Nyu-Yorkda i Donald Trampa qarşı kütləvi etiraz aksiyası keçirilib. Mitinqdə bir neçə min insan iştirak edib. Aksiya "Trump Tower" binasının yaxınlığında keçirilib. Mitinqdə Nyu-York meri Bill De Blazio, həmçinin aktyorlar Robert De Niro, Mark Ruffalo, Alek Bolduin, müğənni Şer və bir çox başqaları iştirak ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti