ABŞ-ın yeni səfirinin Bakıya gələcəyi gün açıqlandı

ABŞ-ın yeni səfirinin Bakıya gələcəyi gün açıqlandı
  30 Yanvar 2015    Oxunub:2031
ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Cekutanın Aərbaycana gələcəyi vaxt müəyyənləşib.
ABŞ-ın Azərbaycandakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, yeni səfir fevralın 12-də Bakıya gələcək.

Cekuta Dövlət Katibinin Enerji Resursları üzrə Bürosunda çalışıb. O, büronun şəffaflıq və enerjiyə çıxışı ilə bağlı işlərinə nəzarət edib.

Robert Cekuta diplomat kimi Tokyoda və Berlində xidmət edib.

Robert Cekuta Corctaun Universitetinin məzunudur. O, Thunderbird Qlobal Menecment Məktəbindən və Milli Müharibə Kollecindən magistr dərəcələri alıb.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti