ABŞ-ın Azərbaycandakı səfirliyində yeni təyinat

ABŞ-ın Azərbaycandakı səfirliyində yeni təyinat
  19 Avqust 2014    Oxunub:1897
ABŞ-ın Azərbaycandakı səfirliyinə yeni mətbuat katibi təyin edilib.
AzVision.az xəbər verir ki, səfirlikdən APA-ya verilən məlumata görə, bu vəzifəni bundan sonra Nik Barnet icra edəcək.

O, əvvəllər ABŞ-ın Tacikistandakı səfirliyində və BMT-dəki ofisində fəaliyyət göstərib. Sonuncu iş yeri isə ABŞ-ın Rusiyadakı səfirliyi olub.

Xatırladaq ki, Nik Barnet bu vəzifədə Conas Styuartı əvəz edəcək.


Teqlər:





Xəbər lenti