ABŞ-dan İŞİD-də ağır zərbə

ABŞ-dan İŞİD-də ağır zərbə
  16 Sentyabr 2014    Oxunub:1831
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı elan olunan kampaniya çərçivəsində ABŞ aviasiyası ilk dəfə Bağdad yaxınlığında yerləşən İŞİD mövqelərini aviasiya atəşinə tutub.
Bu barədə AzVision.az-ın “Reuters”ə istinadən xəbər verir.

Pentaqondan olan mənbə agentliyə bildirib ki, son günlər ərzində ABŞ aviasiyası islamçıların İraq paytaxtı və Sincar dağı yaxınlığında yerləşən mövqelərinə aviazərbələr endirib. Hücum nəticəsində xeyli sayda İŞİD yaraqlısının öldürüldüyü bildirilir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti