ABŞ-dan FETÖ etirafı - Ərdoğan qəzəbləndi

ABŞ-dan FETÖ etirafı - Ərdoğan qəzəbləndi
  29 İyul 2016    Oxunub:3048
“ABŞ-ın Türkiyə ordusundakı yaxın müttəfiqləri həbs olundu. Onlar Birləşmiş Ştatlarının dostlarıdırlar”.
AzVision.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının generealı Cozef Votel Türkiyədə dövlət çevrilişinə cəhd edənlərin həbs olunmasından danışarkən deyib.

Onun szölərinə görə, Türkiyədə 15 iyul planının uğursuz olmasından sonra ikili münasibətlər zərər görəcək.

ABŞ generalının etirafına Türkiyədən münasibət gecikməyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının generealı Cozef Votelin qiyamçı türk generalların “Birləşmiş Ştatların dostları” olması barədə bəyanatını şərh edərkən deyib: “ABŞ hərbi çevrilişə cəhddə əlaqəsi olan Fətullah Güləni dəstəkləmək əvəzinə, demokratiyanı müdafiə etdiyinə görə Türkiyəyə minnətdar olmalıdır. Xalq Gülən hərəkatının Türkiyə dövlətçiliyinə qarşı yönəlmiş fitnələrini unutmayacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti