ABŞ-dan Ərdoğanı qəzəbləndirəcək Açıqlama

ABŞ-dan Ərdoğanı qəzəbləndirəcək Açıqlama
  29 Avqust 2016    Oxunub:3979
“Türkiyənin İŞİD-in olmadığı bölgələrdə həyata keçirdiyi əməliyyatlar qəbuledilməzdir və bu, dərin narahatlıq doğurur”.
AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, PKK-nın Suriya qanadı olan YPG-yə qarşı əməliyyatları dəyərləndirən ABŞ prezidentinin İŞİD ilə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqrek tvitter hesabından belə bir açıqlama ilə çıxış edib.

O, qeyd edib ki, İŞİD-in olmadığı bölgələrdəki qarşıdurmların ABŞ-la heç bir bağlılığı yoxdur: “Bu qarşıdurmlar ABŞ-la koordinasiyalı deyil. Biz onları dəstəkləmirik. Ona görə də meydandakı bütün silahlı aktorların qarşıdurma mövqeyindən əl çəkməsinə çağırırıq”.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti