ABŞ-da polis lal-kar sürücünü güllələyib

ABŞ-da polis lal-kar sürücünü güllələyib
  23 Avqust 2016    Oxunub:1807
Amerikanın Şimali Karolina ştatında polis dayanaraq jestlərlə nə isə başa salmağa çalışan lal-kar sürücünü güllələyib.
AzVision.az xəbər verir ki, bu barədə WCNC telekanalı məlumat yayıb.

Polislər yolda sürət həddini aşan “Volvo” avtomobilini saxlayaraq cərimə etmək istəyib. Sirena səslərini eşitməyən Deniel Harris maşını saxlamayıb. Təqib nəticəsində iki avtomobil toqquşub. Daha sonra Harris maşından düşüb. Şahidlərin sözlərinə görə, on saniyə sonra atəş səsi eşidilib.

Amerika KİV-in məlumatına görə, 29 yaşlı Harris jestlərlə vəziyyəti başa salmağa çalışıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti