ABŞ-da kütləvi iğtişaşlar - VİDEO

ABŞ-da kütləvi iğtişaşlar - VİDEO
  19 Oktyabr 2014    Oxunub:1587
ABŞ-da hər il keçirilən “Balqabaq festivalı” (Haloween) bu ilki bayram ərəfəsində kütəvi qarışıqlıq və 30 nəfərin zərər çəkməsi ilə yaddaqalan olub.

Amerikanın Nyu-Qempşir ştatında yerləşən Kin şəhərində Hellovin ərəfəsində keçirilən “Balqabaq festivalı” kütləvi qarışıqlığa səbəb olub. Tələbələr polisə pivə şüşələri və dəmir qabları atıblar.

Məlumata görə əsasən yerli kollec tələbələri olan bayram paradı iştirakçıları küçələrdə ocaq yandırıb, bütün yollara isə pivə şüşələri atılıb. Polis insanları sakitləşdirmək istəyərkən isə spirtli içki şüşələri artıq asayiş keşikçiləri tərəfə atılmağa başlayıb.

Nəticədə festival iştirakçılarını dağıtmaq üçün hüquq-mühafizə orqanları əməkdaşları gözyaşardıcı qazdan istifadə etməli olub.

Bunun da nəticəsində 30 nəfər şəxs yaralanıb, onlarla gənc isə həbs olunub.



AzVision.az


Teqlər:  





Xəbər lenti