ABŞ-da əhalinin seçimi - Bu dəfə Tramp uddu

ABŞ-da əhalinin seçimi - Bu dəfə Tramp uddu
  20 Oktyabr 2016    Oxunub:2312
ABŞ-ın “Washington Times” nəşri final teledebatları zamanı Respublikaçı namizəd Donald Trampın demokrat Hilari Klintona qalib gəldiyini bəyan edib.
AzVision.az xəbər verir ki, teledebatlar olduqca gərgin keçib.

Debatların bitməsindən sonra qəzetin saytında “Final prezident debatlarında kim qalib gəldi?” sualı yerləşdirilib.

Qəzetin saytının istifadəçilərinin böyük əksəriyyəti - 32 min nəfər (74%) Trampın, 9 min istifadəçi isə (21%) Klintonun lehinə səs verib. 5% isə seçim etməkdə çətinlik çəkdiyini bildirib. Klinton və Tramp arasında son debatlar Nevada ştatında, Las-Veqasda keçirilib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də baş tutacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti