ABŞ-da daşqınlar 14 nəfərin ölümünə səbəb oldu

ABŞ-da daşqınlar 14 nəfərin ölümünə səbəb oldu
  25 İyun 2016    Oxunub:1813
ABŞ-ın Qərbi Virciniya ştatında yağan şiddətli yağışlar daşqınlara səbəb olub.
TASS agentliyi xəbər verir ki, təbii fəlakət nəticəsində 14 nəfər ölüb.

Bu barədə ştatın qubernatoru Rey Tomblin keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hadisə yerində irimiqyaslı axtarış-xilasedici əməliyyat davam edir. Virciniya və Qərbi Virciniya ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti