ABŞ-da hava limanında atışma - 5 ölü, 45 yaralı (Yeni faktlar+Video)

ABŞ-da hava limanında atışma - 5 ölü, 45 yaralı (Yeni faktlar+Video)
  07 Yanvar 2017    Oxunub:4079
ABŞ-ın Fort-Loderdeyl şəhərində baş verən silahlı insident nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb.

AzVision.az xəbər verir ki bu barədə yerli polisin “Twitter”də yerləşdirdiyi məlumatda bildirilir.

ABŞ polisi hava limanında atəş açan şəxsin kimliyini müəyyənləşdirib. Onun 26 yaşlı Esteban Santyaqo olduğu bildirilir. Hadisəni törədən şəxsin qardaşı Brayan Santyaqo Estabanın psixoloji problemlərinin olduğunu deyib.



Onun sözlərinə görə Nyu-Cersidə anadan olan Esteban iki yaşında valideynləri ilə birgə Puerto-Rikoya köçüb. 2010-cu ildə ABŞ ordusunun tərkibində İraqa yollanıb. Hərbi xidməti başa vurduqdan sonra Alyaska ştatında yaşayıb, psixoloji durumunda problem yarandığı üçün müalicə kursu keçib.



***
(23:04)

ABŞ-ın Fort-Loderdeyl şəhərində (Florida ştatı) silahlı insident baş verib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlim şəxs hava limanında atəş açıb.

İnsident nəticəsində azı 5 nəfər ölüb. Məlumata görə, 9 nəfər yaralanıb. Hadisəni törədən şəxs saxlanılıb.

Onun kimliyi və hadisənin motivləri hələlik məlum deyil.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti