ABŞ Trans-Sakit Okean Tərəfdaşlığından çıxır
Sənəd Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, ABŞ, Sinqapur, Çili və Vyetnam tərəfindən imzalanmışdı.
Qeyd edək ki, dünya iqtisadiyyatının 40 faizi və dünya ticarətinin 1/3 hissəsi Sakit okean ölkələrinin payına düşür.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp TPP sazişini təhlükəli adlandıraraq, layihənin həyata keçirilməsinə qarşı çıxış edib. O, Çinin qeyd olunan sazişdən istifadə edəcəyini və layihədən daha çox qazanacağını bildirib. (APA)
AzVision.az