9 ayda olan partlayışların sayı...

9 ayda olan partlayışların  sayı...
  22 Oktyabr 2014    Oxunub:1145
Cari ilin doqquz ayı ərzində respublika ərazisində 21 partlayış hadisəsi qeydə alınıb. Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 hadisə və ya 17 faiz çoxdur.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, partlayışlar nəticəsində 9 nəfər həlak olub, 40 nəfər xəsarət alıb.

Partlayış hadisələrindən 7-si fərdi evlərdə, ikisi fərdi evin yardımçı tikililərində, 6-sı çoxmənzilli yaşayış binasında, 1-i sosial-məişət və mədəniyyət təyinatlı binada, biri istehsalat obyektində, biri yanacaq doldurma məntəqəsində, 1-i yeni inşa olunan obyektdə, biri yük avtomobilində, biri digər yaşayış binalarında qeydə alınıb.


Teqlər:





Xəbər lenti