9 ayda 36,5 milyon xərc...

9 ayda 36,5 milyon xərc...
  24 Noyabr 2014    Oxunub:1133
Cari ilin doqquz ayında Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə 36,5 milyon dollar əməliyyat xərcləri və 599 milyon dollar əsaslı xərclər sərf edilib.
“Bp-Azerbaijan” şirkətindən AzərTAc-a bildiriblər ki, ilin yekununda əməliyyat xərclərinin 47,2 milyon dollar olacağı gözlənilir. Əsaslı xərclər isə CQBK-nın genişləndirilməsi üzrə işlərin sürətlənməsi nəticəsində 1 milyard 244 milyon dollara qədər artacaq.

İlin birinci üç rübündə CQBK-nın gündəlik orta ötürücülüyü 17 milyon 412 min kubmetr qaz və ya gündə 106 min 17 barrel neft ekvivalenti olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti