9 ayda istifadəyə verilən müəssisələrin siyahısı

9 ayda istifadəyə verilən müəssisələrin siyahısı
  24 Oktyabr 2016    Oxunub:1868
Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində iri qabaritli transformatorlar və yeni “Ağdağ” gips zavodları, Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları, Gəncə şəhərində “Nizami” elektrik yarımstansiyası, Sumqayıt şəhərində şahmat məktəbi, Xaçmaz rayonunda Yalama Aqroparkı tikilərək istifadəyə verilib.
Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, həmin dövrdə İsmayıllı rayonunda “İSMA BİKES” velosiped istehsalı zavodu, “İsmayıllı-2” Su Elektrik Stansiyası, Qəbələ rayonunda “Qafqaz Tufandağ Mountain Resort” oteli, Salyan rayonunda Kür çayı üzərində körpü, Tovuz rayonunda Tovuzçay su anbarı, bunlardan əlavə ölkədə 2748 şagird yerlik 12 ümumtəhsil məktəb binası, 1507 yerlik 16 məktəbəqədər təhsil müəssisəsi, 560 yerlik 4 klub və s. obyektlərin tikintisi başa çatdırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti