8753 qadın bələdiyyə sədri olmaq istəyir

8753 qadın bələdiyyə sədri olmaq istəyir
  21 Noyabr 2014    Oxunub:1137
Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi müddəti sabah saat 18:00-da başa çatır.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. MSK sədrinin sözlərinə görə, indiyə qədər 34 140 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb. Onlarda namizədliyini irəli sürənlərin 25 387 nəfəri kişi, 8753 nəfəri (34 faiz) isə qadındır:

“Namizədliyini irəli sürənlərin 22 min nəfəri ali təhsillidir. İndiyə qədər namizədliyi qeydə alınanların sayı 29 minə yaxındır. Nəzərə alsaq ki, bu seçkilər zamanı 15 035 bələdiyyə üzvü seçilməlidir, deməli, hazırda 1 yerə 2 nəfər namizəd iddialıdır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti