85 yaşlı qadın evində ölü tapıldı

85 yaşlı qadın evində ölü tapıldı
  22 Dekabr 2014    Oxunub:1610
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1929-cü il təvəllüdlü Buqriyeva Lidiya Aleksandrovna bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən L. Buqriyevanın meyitini çarpayıda aşkar ediblər. Meyit aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 16:51-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti