84 yaşlı kişi intihar etdi

84 yaşlı kişi intihar etdi
  01 Dekabr 2015    Oxunub:1577
Şəkidə 84 yaşlı kişi intihar edib.
Noyabrın 30-u saat 14.00 radələrində rayonun Baş Göynük kəndində kənd sakini, 1931-ci il təvəllüdlü Kərim Umar oğlu Kərimovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki təndirxanada asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardığı araşdırma zamanı 84 yaşlı Kərim Kərimovun intihar etməsi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. (Apa)


Teqlər:  





Xəbər lenti