7 ermənini öldürən Permyakovdan yeni xəbər var

7 ermənini öldürən Permyakovdan yeni xəbər var
  06 May 2016    Oxunub:2066
Ermənistanda 2015-ci ildə Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyən rus əsgəri Valeri Permyakovun işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.
Bu barədə AzVision.az erməni Kİv-nə istinadən xəbər verir.

Bu dəfə iclas zamanı Permyakovun Avetisyanlar ailəsinin evində hərəkətlərini əks etdirən fotoşəkillər və video görüntülər nümayiş etdiriləcək, ekspertizanın nəticələri təqdim olunacaq.

Qeyd edək ki, bundan əvvəlki məhkəmə iclası zamanı müttəhimin istintaq verdiyi ifadələri dinlənilib. Permaykov ümumilikdə 17 dəfə rus və erməni müstəntiqlər tərəfindən sorğu-sual edilib.

Xatırladaq ki, Permyakov 2015-cilin yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. O, 19 yanvarda dünyasını dəyişib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti