7 ayda 45 min piyada cərimələnib

7 ayda 45 min piyada cərimələnib
  31 İyul 2015    Oxunub:2319
"2015-ci ilin əvvəlindən indiyədək Bakı şəhər üzrə 45 mindən artıq piyada saxlanılaraq inzibati qaydada cərimələnib".
AzVision.az "Report"a istinadən xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

O bildirib ki, piyadaların avtomobillərlə vurulması hallarının qarşısının alınması istiqaməti üzrə idarə tərəfindən lazımi tədbirlər görülür: "Bakı şəhəri üzrə qeydə alınan ümumi yol-nəqliyyat hadisələrində piyadaların vurulması halları ümumi hadisələrin 51,6 faizini təşkil edir".


Teqlər:





Xəbər lenti