73 yaşlı kişi 15 metrlik quyudan çıxarılıb- Bakıda

73 yaşlı kişi 15 metrlik quyudan çıxarılıb- Bakıda
  27 Mart 2015    Oxunub:1414
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin su quyusunda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1942-ci il təvəllüdlü kişi dərinliyi təxminən 15 metr olan quyuya nərdivan vasitəsi ilə düşüb, halsız olduğundan oradan çıxa bilməyib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 10:48-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti