72 yaşlı kişinin meyidi tapıldı

72 yaşlı kişinin meyidi tapıldı
  21 İyul 2014    Oxunub:798
Bakıda mənzildən meyit tapılıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1942-ci il təvəllüdlü Blesun Valeri Vasilyeviç mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını kilidini açaraq daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində
B.Vasilyeviçin öldüyü müəyyən edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti