71 cinayət, 31 həbs, 5 ölüm...

71 cinayət, 31 həbs, 5 ölüm...
  23 Oktyabr 2014    Oxunub:818
Oktyabrın 21-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 71 cinayət faktından 23-nün üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 8 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 13 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 31 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti