700 bal toplayıb kirayə qalan tələbə...

700 bal toplayıb kirayə qalan tələbə...
  02 Sentyabr 2014    Oxunub:4229
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2014-2015 təhsil ili üçün keçirdiyi qəbul imtahanında 700 bal yığmaqda rekorda imza atan abituriyentlərdən ikisi rayon sakinidir.
Hər ikisi IV ixtisas qrupundan olan abituriyentlərdən İlkin Məmmədzadə Ağdam rayonu Çəmənli kənd orta məktəbinin, Nicat Qasımov isə Ağsu rayonu 1 saylı şəhər orta məktəbinin məzunudur.

Artıq ali təhsil almaq üçün Bakıda yaşamalı olacaqlarından onların qalmaq üçün yer problemini necə həll etdikləri ilə maraqlandıq.

Azərbaycan Tibb Universitetinin “ Müalicə işi” fakültəsinə daxil İlkin Məmmədzadə AzVision.az-a açıqlamasında bildirib ki, o, Bakıda valideynləri ilə birgə yaşayacaq:

“Atam hərbçidir, ona görə də ailəm həmişə Bakıda yaşayırdı. Mən isə kənddə nənəm və babamla yaşayırdım. Artıq öz valideynlərimlə bir yerdə qalacağam”.

Tibb Universitetinin “Müalicə işi” fakültəsinin daha bir tələbəsi Nicat Qasımov isə bacısı ilə kirayədə yaşayacaq: “Bacım burada ali təhsil aldığından mən də onunla birlikdə qalacağam”.

Qeyd edək ki, 700 bal toplayan digər tələbələr isə Bakı sakinləridir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti