6 maşını yandıran hüquqşünas ruhi xəstəxanaya yerləşdirildi

6 maşını yandıran hüquqşünas ruhi xəstəxanaya yerləşdirildi
  27 İyun 2016    Oxunub:4450
Gədəbəydə 6 avtomobili yandıran 25 yaşlı gənc xəstəxanaya yerləşdirilib.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, 2 gün öncə Gədəbəydə 6 avtomobili yandıran Novruz Vəliyev Qazax Rayonlararası Ruhi Dispanserə göndərilib.

Alışqan və benzinlə "silahlanan" 25 yaşlı Fərzalı kənd sakini 2 ədəd Niva, 2 ədəd “QAZ 53”, 1 ədəd “UAZ”, 1 ədəd “Zil” markalı maşını yandırıraq tam yararsız hala salmışdı. O, avtomobilləri düzgün saxlanılmadığı üçün yandırdığını bildirmişdi.

Kənd sakinləri bildirir ki, Novruz ali məktəbi bitirib rayona qayıtdıqdan sonra onda psixoloji problemlər yaranıb. Elə bu səbəbdən valideynləri onu bir müddət paytaxda ruhi xəstəxanalardan birinə yerləşdiriblər. Hazırda gənc yenidən müalicə olunur.

Qeyd edək ki, Novruz Vəliyev ixtisasca hüquqşünasdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti