64 yaşlı kişinin ürək ağrıdan intiharı

64 yaşlı kişinin ürək ağrıdan intiharı
  31 İyul 2015    Oxunub:2516
Bakıda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, 1951-ci il təvəllüdlü Baxışov Zahir Abduləzim oğlu Nərimanov rayonu, Təbriz küçəsində Zil markalı yük avtomobilində özünü asıb. 64 yaşlı kişinin asılı vəziyyətdəqalmış meyiti avtomobilin yük yerindən tapılıb.

İlkin araşdırmalar zamanı intihar etmiş şəxsin cibindən məktub tapılıb. Məktubunda Z.Baxışov intihar etməsinə görə heç kimin günahkar olmadığını, həyatdan bezdiyini qeyd edib.

Faktla bağlı cinayətişi açılıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti