63 nəfərin öldüyü təyyarənin partladıldığı məlum oldu

63 nəfərin öldüyü təyyarənin partladıldığı məlum oldu
  24 May 2016    Oxunub:1900
Aralıq dənizinə düşən Misirin “EgyptAir” aviaşirkətinə məxsus “A320” təyyarəsində partlayış baş verib.
AzVision.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi yayıb. Qeyd olunub ki, cəsəd qalıqlarının tibbi ekspertizasının nəticəsinə əsasən, təyyarənin göyərtəsində partlayış baş verib.

Qeyd edək ki, mayın 19-na keçən gecə Parisdən Qahirəyə uçan təyyarə radarlardan itmişdi. Nəticədə təyyarənin Aralıq dənizinə düşdüyü məlum oldu.

Qəza zamanı təyyarədə olan 63 nəfər həlak olub.

AzVision.az



Teqlər:  





Xəbər lenti