62 ölkəyə vizasız səfər edə bilərik - Siyahı

62 ölkəyə vizasız səfər edə bilərik - Siyahı
  27 Sentyabr 2016    Oxunub:2734
ABŞ konsaltinq şirkəti “Arton Capital” Beynəlxalq Hava Nəqliyyatı Agentliyi və digər mənbələrin əsasında dünyanın ən nüfuzlu pasportlarının reytinq cədvəlini hazırlayıb.
Hesabatda əsas meyar kimi vətəndaşların müxtəlif ölkələrə vizasız və ya vizanı rahat əldə edərək getmə imkanı götürülüb.

AzVision.az xəbər verir ki, Azərbaycan pasportu dünyanın ən güclü pasportları reytinqində 125-ci sıradadır. Azərbaycan vətəndaşları 62 ölkəyə vizasız səfər edə bilər.

Reytinq cədvəlinə Almaniya və İsveç liderlik edirlər. Bu dövlətlətlərin vətəndaşları dünyanın 158 ölkəsinə vizasız səfər edə bilərlər. İkinci yeri Finlandiya, Fransa, İsveçrə, İspaniya və Böyük Britaniya bölüşdürürlər. Bu ölkələrin sakinləri 157 ölkəyə vizasız gedə bilərlər.

Qonşularımızdan Rusiya 82-ci (104 ölkə), Türkiyə 86-cı (103 ölkə), Gürcüstan 113-cü (68 ölkə), Ermənistan 132-cidir (60 ölkə).

İlk onluq:

1. Almaniya - 158

2. İsveç -158

3. Finlandiya -157

4. Fransa – 157

5. İsveçrə - 157

6. İspaniya -157

7. Böyük Britaniya -157

8. Danimarka -156

9. İtaliya -156

10. Hollandiya -156

AzVision.az


Teqlər:





Xəbər lenti