61 yaşlı kişini döyüb xəstəxanalıq etdilər

61 yaşlı kişini döyüb xəstəxanalıq etdilər
  29 Avqust 2016    Oxunub:1901
Ötən gün axşam saatlarında Şəmkir rayonunun Seyfəli kəndində dava baş verib.
AzVision.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, dava zamanı kənd sakini 61 yaşlı Rizvan Əliyev bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb.

Yaralı dərhal ətrafdakıların köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirilib. İlkin tibbi yardımdan sonra xəstənin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Hazırda polis Rizvan Əliyeva xəsarət yetirənlərin müəyənləşdirilib saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti