60 rayonda yeni idarə yaradılır

60 rayonda yeni idarə yaradılır
  01 Aprel 2015    Oxunub:4812
Bu günlərdə Azərbaycanın 60-a yaxın rayonunda kənd təsərrüfatı idarələri fəaliyyətə başlayacaq.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

M. Hacıyevin sözlərinə görə, rayonlarda artıq təsərrüfat idarələrinin inzibati binalarının tikintisi yekunlaşmaq üzrədir: "Hal-hazırda 56 rayonda inzibati binaların tikintisi gedir, orada tikinti yekunlaşandan sonra artıq ştat müəyyənləşəcək. Bundan sonra isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada (dövlət qulluğu hesab olunduğuna görə - red.) vakansiya elan edilib, kadrlar işə götürüləcək".

Qeyd edək ki, kənd təsərrüfatı idarələri fermerlərə xidmət, subsidiyaların verilməsinin təkmilləşdirilməsi kimi məsələlərin həllinə köməklik göstərəcək.


Teqlər:





Xəbər lenti