5 mindən çox hamilə qadın Zika virusuna yoluxub

5 mindən çox hamilə qadın Zika virusuna yoluxub
  15 Fevral 2016    Oxunub:1676
Kolumbiyada 5 mindən çox hamilə qadın Zika virusuna yoluxub.
Kolumbiya Səhiyyə Nazirliyinin məlumatına görə, 31,5 min Zika virusuna yoluxma hadisəsi qeydə alınıb.

Virusa yoluxan hamilə qadınların 29,4%-i ölkənin şərqində Venesuela sərhədinə yaxın Norte-de-Santander əyalətində yaşayır.

Əvvəllər Zika virusuna yoluxma halları İsveçrə, İtaliya, Portuqaliya, Finlyandiya, Almaniya, Danimarka, İsveç və Fransada təsbit edilib.Virusa yoluxanların hamısı epidemiyanın yarandığı ölkələrə səfər edənlərdir.


Teqlər:  





Xəbər lenti