5259 əlilə maşın verilib
Əlilliyi olan şəxslərin minik avtomobili ilə təminatı ƏƏSMN-nin rəsmi internet saytının ( www.mlspp.gov.az ) “Fəaliyyət və xidmətlər” bölümündəki “Avtomobillərlə təminat” alt-bölümündə ictimaiyyətə açıqlanan növbəlilik siyahıları əsasında, tam şəffaflıq və ictimai nəzarət şəraitində yerinə yetirilib. Həmin bölmədə dövlət hesabına minik avtomobilləri ilə təmin olunmaq üçün tələb edilən sənədlərin siyahısı, həmçinin dövlət hesabına minik avtomobili ilə təmin olunmaq üçün hansı hallarda tibbi göstərişin verildiyi barədə məlumat da əksini tapıb.
Teqlər: