50 qadın qaçırıldı

50 qadın qaçırıldı
  16 Sentyabr 2014    Oxunub:1516
“Boko Haram” radikal qruplaşmasının yaraqlıları Nigeriyanın şimalında daha 50 qadın və uşaq oğurlayıb.
Bu barədə AzVision.az “RİA novosti”yə istinadən xəbər verir.

Məlumata əsasən, hadisə Adamava ştatında baş verib.

Ümumilikdə, bu ilin yanvar ayından etibarən yüzlərlə sakin girov götürülüb, 2053 nəfər isə öldürülüb. Bu yaxınlarda qruplaşma Şiboka şəhərində 276 məktəbli qızı qaçırmışdı. Bu hadisə dünyada böyük rezonansa səbəb olmuşdu.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti