50 ildə ermənilərin sayı 1 milyon azalacaq – BMT

50 ildə ermənilərin sayı 1 milyon azalacaq – BMT
  01 Avqust 2015    Oxunub:5902
Birləşmiş Millət Təşkilatı (BMT)Yer planetinin 2100-cü ilə qədər demoqrafiq dinamikasının əks olunduğu `Planetin əhalisinin perspektivləri – 2015` hesabatını dərc edib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Hesabatda göstərilir ki, hazırda Er5mənistanda 3 milyon 18 min əhali var. 2030-cu ildə bu göstərici 2 milyon 993 min, 2050-ci ildə 2 milyon 773 min, 2100-cü ildə isə 1nilyon 739 min nəfər olacaq. Hesabata əsasən 50 ildən sonra Ermənistan əhalisinin sayı 1 milyon nəfər azalacaq.

Hesabata əsasən Yer planetinin əhalisi 11, 213 milyarda çatacaq. Sənəddə göstərilir ki, 2050-ci ilə qədər planetdə əhalinin sayı əsasən 9 ölkə - Hindistan, Nigeriya, Pakistan, Konqo Demokratik Respublikası, Efiopiya, ABŞ İndoneziya, Uqanda və Tanzaniya hesabına artacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti