500-ə yaxın miqrant gəmidə batıb

500-ə yaxın miqrant gəmidə batıb
  28 Avqust 2015    Oxunub:1401
Liviyanın Zuvara şəhəri sahillərində, təxminən 500 miqrant daşıyan iki gəmi batıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən səhər saatlarında kömək siqnalı göndərən birinci gəmidə təxminən 50, batan ikinci gəmidə isə 400 sərnişinin olduğu deyilir.

Liviya Sahil Mühafizə xidmətinin əməkdaşları batan gəmilərin aşkar edilməsi üçün xilasetmə əməliyyatına başlasa da miqrantların böyük qisminin öldüyü güman edilir.

Çünki, bu vaxta qədər dənizdən 100-ə yaxın cəsəd aşkarlanıb. Miqrantların Suriya, Banqladeş və Cənubi Sahara ölkələrinin vətəndaşları olduğu qeyd olunur.

Aysel Əliyeva


Teqlər:  





Xəbər lenti