4 qat dünya rekordçusu ASAN-da

4 qat dünya rekordçusu ASAN-da
  25 Noyabr 2015    Oxunub:3294
4 qat dünya rekordçusu, Dünya rekordlar kitabına düşən ilk azərbaycanlı pəhləvan Laçın Pəhləvanoğlu öz doğma şəhəri Qubada Səyyar “ASAN xidmət”dən yararlanıb.
Qeyd edək ki, Laçın Pəhləvanoğlu Azərbaycanın adını dünyanın müxtəlif ölkələrinin arenalarında səsləndirib, dövlət bayrağımızı beynəlxalq yarışlarda dalğalandırıb, Azərbaycanın qədim nadir el sənətinin davamçısıdır. O, qol güləşi üzrə Dünya Çempionatının iştirakçısı, Rusiya çempionu, dəfələrlə Respublika çempionu və qeyri-adi istedadına görə 4 qat dünya rekordçusu, dünya rekordlar kitabına düşən ilk azərbaycanlı olub.


Teqlər:





Xəbər lenti